Türkiyəli modelyer azərbaycanlı qıza dəstək oldu

Türkiyənin məşhur modelyeri Nur Yerlitaş Azərbaycanlı Türkana kömək etmək istəyir.

Metbuat.az-ın məlumatına görə məşhur modelyer Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə zəng edərək atasını axtaran Türkana kömək edəcəyini bildirib. Həmçinin Türkanı sosial şəbəkədən tanıdığını və tez-tez onunla yazışdığını söyləyib:

“Azərbaycana dəfələrlə gəldim. Oranı çox sevirəm. Məni orada sevən çox dostum var. Ancaq oradan şikayətim var, gələndə çox yemək verilər: balıqlar, paxlavalar, şirniyyatlar… Necə də qonaqpərvərsiniz..."

Modelyer dörd ildir anasını itirib. Bu hisslər ağır olduğu üçün Türkanı yaxşı başa düşdüyünü söyləyib:

“Anamı 4 ildir itirmişəm, hələ də yanıram. Xahiş edirəm, onun atasını tapın. Onu İnstaqramda izləyirəm, ana həsrəti də çəkir. İçim yanır o qıza baxanda. Atasından xahiş edirəm qayıtsın gəlsin."

Elgiz Əkbərin sözləri Musa Musayevi özündən çıxardı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR