Play Store

Sərnişin avtobusu aşıb - 44 ölü var / FOTOLAR

Cənubi Amerika ölkəsi Peruda sərnişin avtobusu qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, Okona bölgəsindəki Pan-Amerikan Avtomobil magistralında hərəkət edən sərnişin avtobusu yüz metrlik yamacdan yuvarlanıb. Dəhşətli qəza nəticəsində 44 nəfər ölüb. Xilasetmə briqadaları dağıntı altından 20 nəfəri sağ çıxarıblar.

Mütəxəsislər deyir ki, Peruda buna oxşar hadisələr tez-tez təkrarlanır, səbəb isə avtobus sürücülərinin təhsilinin kifayət qədər olmamasıdır.

Keçən ay Peruda sərnişin avtobusu yük maşını ilə toqquşmuş, nəticədə 52 nəfər ölmüşdü.

Aysel Yaqubqızı / Metbuat.az

Amerika səfirliyinə hücum olub - Podqoriçada


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR