Müğənniyə əli silahlı hücum edildi

Türkiyəli məşhur müğənni Volkan Konağa silahlı hücum edilib.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbulda məkanların birində gecə konsert verən sənətçi “Sən Vətən xainisən” deyən birinin hücumuna məruz qalıb.

Bu hücumdan sənətçi özünü itirsə də, heç bir xəsarət almayıb. Dərhal hücum edən şəxsi məkanın mühafizəçiləri zərərsizləşdirib. Sənətçiyə hücum edən şəxsin əlində silah olub. Silahdan çıxan güllələr tavana dəyib. Volkan Konak həmin adamın içkili olduğunu və məsələnin ona heç bir aidiyyatı olmadığını söyləyib.

Pərvin Abıyevanın partiyə geyindiyi dərin yarıqlı qara donu - diqqət çəkib - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR