Gəncədə mənzildən qadın meyiti tapılıb - FHN

Gəncədə mənzildən 65 yaşlı qadın meyiti tapılıb.

Metbuat.az Fövqəladə Halar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Yusubova Solmaz İslam qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Dünya 19 yaşlı bu qızın etdiklərindən danışır - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR