Nazir baş həkimi işdən çıxardı

Nazir baş həkimi işdən çıxardı
16:03 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.

O, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsi isə müvəqqəti olaraq xəstəxananın poliklinika şöbəsinin müdüri Hüseyin Şahmalıyevə tapşırılıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev daha əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/232123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR