Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarıldı

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev yeni vəzifəyə təyinat alıb.

Metbuat.az xəbər verir ki, bu barədə trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Hikmət Həsənov məlumat verib.

Direktorun sözlərinə görə, İ.Mirzəliyev Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

H.Həsənov əlavə edib ki, xəstəxananın baş həkimi vəzifəsi isə müvəqqəti olaraq xəstəxananın poliklinika şöbəsinin müdüri Hüseyin Şahmalıyevə həvalə edilib.

Dünya 19 yaşlı bu qızın etdiklərindən danışır - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR