“Dünyanın hörümçək toru” kitabı Azərbaycan dilində çap edilib

16:52 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - Amerika ədəbiyyatının görkəmli simalarından olan Tomas Vulfun roman və hekayələrindən ibarət “Dünyanın hörümçək toru” kitabı işıq üzü görüb.
Mərkəzdən "Report"a verilən məlumata görə, kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Dünyanın hörümçək toru”, “Baskom Hokun portreti” romanı, həmçinin “Parkda, “Qulliver”, “Günəş və yağış”, “Uzaqlardan və yaxında” kimi hekayələri daxil edilib.
Əsərləri dilimizə Afaq Məsud və Nəriman Əbdülrəhmanlı tərcümə edib. 
Kitabın redaktoru Salam Sarvandır.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/dunyanin-horumcek-toru-kitabi-azerbaycan-dilinde-cap-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR