​Cəriməsi olan PİYADALAR, DİQQƏT - 60% artacaq

Piyadalar tərəfindən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimə 20 manatdır.

Lakin bu məbləğ vaxtında ödənilməzsə, sonradan ciddi problemlərə səbəb ola bilər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, qanun qüvvəyə mindikdən 1 ay sonra icra olunmazsa, üzərinə faiz gəlir:

“Məbləğ yalnız 60% artıb 32 manat ola bilər. Cərimə artdıqdan sonra yenə də icra olunmursa, İcra Haqqında Qanuna uyğun olaraq, Dövlət Yol Polisi işi icra məmurlarına yönləndirir. Düzdür, İnzibati Xətalar məcəlləsində yazılıb ki, həmin adamın işlədiyi iş yerə, pensiyaçıdırsa, pensiya verən orqana, tələbədirsə, təqaüd aldığı yerə göndərilir. Amma məhkəmə qərarı olmadan bu proses həyata keçirilə bilməz. Ona görə də, proses icra məmurlarına yönləndirilməlidir. İcra məmurları həmin şəxsləri çağırıb xəbərdarlıq edirlər. Bu zaman həmin şəxsin hesabından pul varsa, tutula, əmlakı siyahıya alına bilər. Amma məbləğ az olduğundan çox vaxt bu proseslər həyata keçirilmir. Qanunu pozan şəxs xəbərdarlıqdan dərhal sonra cəriməsini ödəyir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

DİQQƏT: Sığorta şirkətləri insanları bu cür ALDADIR! - Vəkil AÇIQLADI! – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR