Vahid çağrı mərkəzinin istifadəyə veriləcəyi tarix - AÇIQLANDI

"155" vahid çağrı mərkəzi xidməti istifadəyə tam hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Müsahibin sözlərinə görə, indi xidmətin işə salınması üçün hazırlıq işləri aparılır.

Bildirilib ki, xidmət Novruz bayramınadək ictmaiyyətə təqdim olunacaq: “155 vahid çağrı mərkəzi işə salınmazdan əvvəl yekun sınaqdan keçiriləcək. Mərkəz ilk növbədə “Baktelekom” MMC, “Aztelekom” və Elektron Hesablayıcı Mərkəzin abonentlərinin müraciətlərini qəbul edəcək”.

Perspektivdə Call-mərkəzə müştərilərlə iş üzrə mərkəzlərə malik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin qoşulması da nəzərdə tutulur.

Bu dili sadəcə 3 nəfər danışa bilir - Çünki... - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR