İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim sülh və rifah diləyirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR