Play Store

Yaponiyada mobil rabitə şəbəkəsi dronların təhlükəsiz uçuşunu təmin edəcək

Yaponiyanın “NTT Docomo” mobil rabitə şəbəkəsinin rəsmi nümayəndələri bəyan ediblər ki, şirkət mobil şəbəkəsindən istifadə edərək dronların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni biznesə başlayır.

Metbuat.az xəbər verir ki, yeni xidmət artıq cari ildən başlayaraq dövlət müəssisələrinə və digər şirkətlərə təklif ediləcək.

Yeni sistem dronların dəqiq hərəkət trayektoriyasını təmin edərək istifadəçilərə uzaq məsafədən bir neçə dronun uçuşunu izləməyə imkan yaradacaq.

Yaponiya hökuməti 2020-ci ildə əhalinin daha sıx məskunlaşdığı böyük şəhərlərdə dronların sərbəst hərəkətini təmin etmək üçün müvafiq şərait yaratmağı planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR