Play Store

​Azərbaycanda qeydiyyata alınan narkomanların sayı artıb

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

Səhiyyə Nazirliyindən Metbuat.az-a bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25.489 nəfər, 2011-ci ildə 26.716 nəfər, 2012-ci ildə 27.910 nəfər, 2013-cü ildə isə 28.376, 2014-cü ildə 28.656, 2015-ci ildə isə 28.555, 2016-cı ildə 29.448, 2017-ci ildə 30.131 nəfər olub.

Yalnız 2017-ci ildə 2.115 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2.017 nəfər, 2016-cı ildə 2.142 nəfər olub.

Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5 (2016-cı ildə 5), 18-24 yaşlı 1.566 (2016-cı ildə 1.447), 25-29 yaşlı 4.225 (2016-cı 4.076), 30-34 yaşlı 4.463 (2016-cı 4.239), 35-39 yaşlı 4.657 (2016-cı 4.542), 40-44 yaşlı 3.707 (2016-cı 3.670), 45-49 yaşlı 3.408 (2016-cı 3.313), 50-54 yaşlı 2.891 (2016-cı 2.818), 55-59 yaşlı 2.275 (2016-cı 2.266), 60-64 yaşlı 1.875 (2016-cı 1.931), 65 yaşdan yuxarı isə 1.062 (2016-cı 1.142) nəfər narkotik istifadəçisi var.

Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) qeydiyyata alınmayıb.

Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotikləri - tiryək, heroin və kokosdan istifadə edirlər.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev də Trend-ə bildirib ki, Azərbaycanda narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox opium qrupuna aid maddələrdən - tiryək və heroindən zəhərlənənlər olur. Mütəxəssisin sözlərinə görə, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların (2016 nəfər) 2,8 faizi narkotik maddələrdən zəhərlənib./ Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR