Bakıda Küveytin milli bayramı münasibəti ilə tədbir keçirildi

Bakıda Küveytin milli bayramı münasibəti ilə tədbir keçirildi
20:38 22 Fevral 2018
102 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Küveytin Müstəqillik Gününün 57-ci, işğaldan azad olunmasının 27-ci ildönümü qeyd edilib.

Publika.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi deyib ki, son illərdə Azərbaycan-Küveyt əlaqələrində nəzərəçarpacaq inkişaf olub və bu bir daha ölkə rəhbərlərinin əlaqələri inkişaf etdirmək əzmində olduqlarının sübutudur.

"Ölkələrimiz arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm sahəsində səmərəli əməkdaşlığın təməlini qoyur. Ötən il Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib. Bu, 2016-ci ilin göstəricisi ilə müqayisədə 9 dəfə çoxdur".

Səfir onu da qeyd edib ki, Küveyt İraqın yenidən qurulması üçün Bağdada 2 milyard dollar maddi yardım etməyi üzərinə götürüb.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov dövlət başçısının təbrikini çatdıraraq bildirib ki, iki dost ölkə arasında əməkdaşlığın inkişafı üçün xeyli iş görülüb.

"Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveytin Azərbaycanın mövqeyini daim dəstəkləməsi bizim tərəfimizdən yüksək qiymətləndirilir. İki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. Aviasiya haqqında 2016-cı ildə imzalanmış saziş əməkdaşlığın inkişafı baxımından böyük rol oynayır", - deyə nazir əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/232147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR