Sankt Peterburqda terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə hücumlar törətməyi planlaşdırırmış.

FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR