Leyla Əliyeva “Payız” dedi (VİDEO)

Leyla Əliyeva “Payız” dedi (VİDEO)
02:36 11 Yanvar 2015
264 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın yeni “Payız” şeirinə videoçarx yığılıb.

ANS PRESS-in məlumatına görə, ölkə başçısının böyük qızı L.Əliyevanın yeni şeirininin videoçarxı rəsmi "YouTube" səhifəsində paylaşılıb.

Qeyd edək ki, yaradıcılıqla məşğul olmağı sevən Leyla Əliyevanın müntəzəm olaraq şeirləri sosial şəbəkədə paylaşılır. Bundan əvvəl isə Leyla Əliyevanın "İnanmıram”, “Səni tərk etmək istəmirəm", "Xoşbəxtlik", “Mənim dünyam çoxdan boşdur”, “Gecə”, "Ana" və s. şeirləri ictamiyyətə təqdim olunub və maraqla qarşılanıb.

Bu dəfə isə qarlı-qışlı gündə Leyla Əliyeva yenə də romantik payızı üstün tutur və “Payız” adlı şeirini ictimaiyyətlə paylaşır.

.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR