Vergilərdən qaçan Jerar Depardye indi də Afrikaya köçür

Vergilərdən qaçan Jerar Depardye indi də Afrikaya köçür
04:44 23 Fevral 2018
109 Digər
Ölkə mətbuatı
A- A+

2013-cü ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək qonşu ölkəyə köçən 66 yaşlı fransız aktyor Jerar Depardye indi də Şimalı Afrikaya üz tutmaq niyyətindədir.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor bu dəfə Əlcəzairdə məskunlaşmaq niyyətindədir.

 

Fransız dərgilərindən birinə müsahibə verən ulduz bildirib ki, tez-tez ziyarətə getdiyi ölkəyə birdəfəlik köçür:

 

“Əlcəzairi möhtəşəm bir ölkə olduğu üçün seçmişəm. Onun xalqı da ağıllı və qonaqpərvərdir”.

 

Xatırladaq ki, daha öncə Jerard Əlcəzairdə 50 hektarlıq üzüm bağının olduğunu söyləyib.

Qeyd edək ki, vergilərin yüksəlməsi ilə əlaqədar Depardye Fransa vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul etmişdi.

 

Lakin bir müddət sonra aktyor Belçikada məskunlaşıb. Onun Rusiyadan köçməsinə səbəb kimi adı çəkilən ölkədə iqtisadi böhrana tab gətirmədiyi və oradakı həyat tərzinə uyğunlaşa bilmədiyi göstərilirdi.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR