ABŞ “S-400”-lə bağlı İraqa xəbərdarlıq etdi

ABŞ “S-400”-lə bağlı  İraqa xəbərdarlıq etdi
05:54 23 Fevral 2018
102 Digər
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ İraq və digər ölkələrə Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasının fəsadları barədə xəbərdarlıq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert xəbərdarlığı yeni qəbul edilmiş “ABŞ  əleyhdarlarına sanksiyalar vasitəsilə müqavimət” (CAATSA) qanunu ilə əlaqələndirib.    

 

Xezer Nauertin sözlərinə görə, ABŞ İraq da daxil olmaqla dünyanın bütün ölkələri ilə CAATSA-ya dair danışıqlar aparır və Rusiya silahı alacaqları təqdirdə Vaşinqtonun buna cavab reaksiyası verəcəyi barədə xəbərdarlıq edir: “Biz bunu çalışdığımız bir çox ölkəyə açıq şəkildə bildirmişik”.    

 

Qeyd edək ki, bundan əvvəl Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondaryov Suriya, İraq, Sudan və Misirin “S-400”-ün potensial alıcısı olduğunu bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR