Peyğəmbər haqqında çəkilən film hazırdır

Peyğəmbər haqqında çəkilən film hazırdır
02:51 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının istehsalı olan “Məhəmməd Allahın Rəsuludur” filminin rejissoru Məcid Məcidi Tehranda keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, tanınmış rejissor çəkilişin başa çatdığını bildirib və qeyd edib ki, filmdə Məhəmməd Peyğəmbərin üzü göstərilməyəcək. “Peyğəmbərin surəti yoxdur” deyə sözlərinə davam edən M.Məcidi qeyd edib ki, filmin ərsəyə gəlməsində şiə və sünni din alimlərinin böyük rolu olub. Onlar Peyğəmbərin həyatı və fəaliyyəti haqqında dəyərli məlumatlar veriblər. Bu barədə AzərTAc xəbər yayıb.

Məhəmməd Peyğəmbər haqqında cəmi 40 filmin çəkildiyini bildirən M.Məcidi onların bir çoxunun zəif olduğunu diqqətə çatdırıb. Rejissor müasir dövrdə İslam dininin və onun Peyğəmbərinin daha geniş şəkildə və düzgün təbliğ olunmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu filmin çəkilişləri dövründə İran mətbuatında Məhəmməd Peyğəmbərin surətinin göstəriləcəyi barədə məlumatlar yayılmışdı. İranın və başqa müsəlman ölkələrinin din xadimləri filmdə Peyğəmbərin surətinin göstərilməsinin əleyhinə olmuş və rejissoru tənqid etmişdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=318962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR