İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək
09:07 23 Fevral 2018
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşəcək.
Yəni, komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayacaq. Yeganə istisna odur ki, Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmayacaqlar.
1/8 finalçılar bunlardır: "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletik" (Bilbao, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Marsel" (Fransa), MOİK (Moskva, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Latsio" (İtaliya), "Lokomotiv" Moskva, Rusiya), "Leyptsiq" (Almaniya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburq" (Avstriya), "Sportinq" (Portuqaliya), "Lion" (Fransa), "Zenit" (Rusiya).
Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-svecrenin-nyon-seherinde-avropa-liqasinin-1-8-final-merhelesinin-puskatma-merasimi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR