Daha bir azərbaycanlı “İnterpol” xətti ilə axtarışa verildi

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Şahin Hüseynov Göygöl rayonunda anadan olub. O, qətl törətməkdə təqsirləndirilir. Ş.Hüseynov barəsində hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb. Nəticədə məhkəmə onun tutularaq istintaqa cəlb edilməsi üçün barəsində həbs qətimkan tədbiri seçib.

Həmin qərar əsasında da İnterpol Ş.Hüseynov barəsində beynəlxalq axtarış elan edib.

Yasamalda 2 otaqlı evdə yanğın olub - FHN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR