Siyəzəndə "Volvo" 2 yük maşını ilə toqquşub yandı

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Zarat kəndində "Volvo" və "Mercedes" markalı iki yük avtomobili toqquşub. Nəticədə yanğın baş verib.

Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabinası, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Daha bir azərbaycanlı “İnterpol” xətti ilə axtarışa verildi - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR