Moskvaya ov bıçağı aparmaq istəyən şəxs saxlanılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Gəncə-Moskva aviareysilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda ov bıçağına oxşar əşyanın təsviri görünüb. Təkrar yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıçağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dünya bu görüntüdən danışır - SƏBƏB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR