İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb
11:02 23 Fevral 2018
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ “Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, fevral ayının 24-25-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin, səhər saatlarında bəzi dağlıq ərazilərdə çiskin olacağı ehtimalı var, ayrı-ayrı yerlərdə duman olacaq”.
G.Məmmədova qeyd edib ki, paytaxtda növbəti iki gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq: “Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperatur rejimində isə mühüm bir dəyişiklik gözlənilmir. Paytaxtda 7-10, bölgələrdə 7-12, dağlarda isə 5-10 dərəcə isti olacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/i-stirahet-gunlerinde-musahide-olunacaq-hava-proqnozu-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR