Play Store

ŞOK! Sürücü avtobusun qapılarını bağlayıb... - 40 dəqiqə insanlar düşə bilmədilər/ VİDEO

Ankarada sərnişinlərlə mübahisə edən bir avtobus sürücüsü 40 dəqiqə qapıları bağlı saxlayıb.

Metbuat.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, hadisə Mamak Ege Məhəlləsində axşam saatlarında EGO 340 nömrəli avtobusda reallaşıb.

Alınan məlumata görə, Nato Yolu Caddesi üzərindəki avtobusun avtomatik qapısından arxadan düşən iki sərnişin sürücüylə mübahisə edib.

Başqa bir sərnişin də mübahisəyə qarışıb və nəticədə gərginliyin artmasına səbəb olub.

Sərnişinlərilə söz davası edən sürücü bütün qapıları kilidləyib və heç kimə düşməyə imkan verməyib.

Bu anlar sərnişinlər tərəfindən mobil telefon kamerası vasitəsilə qeydə alınıb.

Tural İsmayılov/ Metbuat.az

Burada yaşayış var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR