Play Store

Restoranın tüstü bacasına yıxılan şəxs çıxarıldı - Bakıda

Bakıda restoranın tüstü bacasına düşərək orada sıxılmış vəziyyətdə qalan şəxs çıxarılıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib və tüstü bacasına düşən şəxs xilas edilib.

Həmin şəxsin kimliyi və hazırki vəziyyəti barədə məlumat verilmir.

Xatırladaq ki, Bakıda "Koroğlu" metrostansiyasının yaxınlığındakı "Alov" restoranının tüstü bacasına gecə saat 03 radələrində naməlum şəxs yıxılaraq orada sıxılmış vəziyyətdə qalıb. Həmin şəxs sakinlər tərəfindən səhər saatlarında aşkar edilib və hadisə yerinə Təcili Tibbi Yardım beiqadası və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Bakıda su borusu partlayıb, 10 evi su basıb - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR