Play Store

Qohumunun evindən qızıl oğurlayan şəxs saxlanıldı - DİN

Paytaxtın Binə qəsəbə sakini olan qadın Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 6-da evindən qızıl əşyalarının oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu Bəxtiyar Zabitov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə B.Zabitovun digər cinayət əməllərinin də üstü açılıb. Onun ötən ilin noyabr ayından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su mühərriki, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda su borusu partlayıb, 10 evi su basıb - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR