Play Store

"Müdafiə naziri gəlib meydanda diz çökməlidir" - Erməni əsgər anası

Ermənistan hökumət binasının qarşısında ölən erməni hərbi qulluqçunun anası illərdir davamlı olaraq etiraz aksiyası keçirir.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, 2010-cu ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbi qulluqçu Artur Qazaryanın anası İrina Qazaryan yenidən etiraz aksiyası keçirib.

Qazaryan hər zaman 4-5 valideynlə olduğu halda bu dəfə tək çıxış edib. Məlumata görə, valideynlərin bəzilərinin səhhəti pisləşib, bir qadın isə ölən oğlunun istintaq işinə xitam verildiyinə görə məhkəməyə gedib.

Qazaryan keçən 8 il ərzində mümkün olan bütün rəsmi şəxslərlə görüşüb. Lakin bu illər ərzində nə baş nazir, nə müdafiə naziri, nə də prokurorlar ona yardım etməyib.

Ölən hərbi qulluqçunun anasının sözlərinə görə, Ermənistan müdafiə naziri ona səlahiyyətinin olmadığını bildirib: "O, səlahiyyətim yoxdur, necə kömək edə bilərəm dedi. Mən isə cavabında ona bildirdim ki, əgər siz hərbi xidmət keçmiş olsaydınız, ordunun daxili həyatından xəbərdar olsaydınız, səngər və mövqenin nə olduğunu bilsəydiniz, belə şey deməzdiniz".

Ermənistan müdafiə naziri bu sözləri eşitdikdən sonra, valideyndən dediyi sözlərə görə üzr istəməsini tələb edib.

"Onlar gəlib meydanda diz çökməli, bu qədər ölən əsgərlərin valideynlərindən üzr istəməlidirlər. Deyirlər guya müdafiə naziri ağıllıdır. Ancaq o müdafiə naziri kimi savadsızdır, ordudan heçnə anlamır", - deyə erməni əsgər anası bildirib.

Bakıda qaçırılan maşınla bağlı - Son məlumat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR