"Bakcell" şirkəti "AppLab" proqramının məzunları və yeni iştirakçıları ilə görüş keçirib

"Bakcell" şirkəti "AppLab" proqramının məzunları və yeni iştirakçıları ilə görüş keçirib
13:12 23 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “AppLab” inkişaf və inkubasiya proqramının məzunlarını və yeni iştirakçılarını bir araya gətirib.
Şirkətdən “Report”a verilən məlumata görə, tədbir keçən mövsümdə “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək və proqrama yeni seçilmiş komandaları salamlamaq üçün təşkil olunub. Tədbirdə “Blutu”, “ARzoom”, “Buket.al”, “Garden”, “Mango”, “CineManiac” və “MoodMusic” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın rolu haqqında danışıblar.
Proqrama yeni qəbul olunan komandalar isə (“Run2Help”, “Way To Future”, “Vavelya”, “Tusi” və “MadebyAz” layihələri) öz ideyalarını təqdim ediblər.
“Bakcell”in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, şirkət Azərbaycanın gənc developerlərinin böyük potensiala malik olduqlarından əmindir: “İnanırıq ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər. “Bakcell” gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır”.
“AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq "Android" və "iOS" əməliyyat sistemləri ilə işləyən cihazlara yüklənə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-sirketi-applab-proqraminin-mezunlari-ve-yeni-istirakcilari-ile-gorus-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR