Müğənni qınanıldığı üçün kürkünü soyundu - və xəstəxanalıq oldu

Uzun müddətdir xəz kürklər geyinməyən müğənni Bülent Ersoy yenidən sevdiyi geyimlərinə qayıdacaq.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni heyvanları sevdiyi üçün bir neçə vaxtdır xəz dəridən qalın kürklər geyinmir. Çünki heyvansevərlər tərəfindən xəz geyindiyi üçün tənqid olunmuşdu. Ancaq sənətçi yenidən xəz geyinəcək. Bunun isə 2 səbəbini açıqlayıb:

“Kürk geyinmədiyim üçün 12 gün xəstəxanada yatdım. Bədənim öyrəşib, geyinmədim, ciyərlərimə soyuq oldu və xəstəxanalıq oldum. 2-cisi, qanunvericilər xəzi qadağan etmədiyi üçün geyinəcəyəm. Seriallarda xəz geyinənləri niyə tənqid etmirsiniz? Mən də xəz geyinərək buna etirazımı bildirəcəyəm.”

Elgiz Sevda Yəhyayevaya irad tutdu - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR