Həkimlər xəstənin başından 1.8 kilo şiş çıxardılar - FOTO

Hindistanda həkimlər 31 yaşlı xəstənin beynindən dünyanın ən böyük şişini çıxarıblar.

Metbuat.az xəbər verir ki, Hindistanın Utta Pradeş şəhərində yaşayan Santlal Pal adlı şəxs 3 il beynindəki şişlə yaşayıb. Pal Mumbayda yerləşən Nair xəstəxanasında əməliyyat olunub. Həkimlər 7 saat davam edən əməliyyatda Palın beynindən 1.8 kq ağırlığında şiş çıxarıblar. Əməliyyat zamanı alınan şişin ölçüsü xəstənin başından yekə olub.

Əməliyyat haqqında BBC-yə açıqlama verən xəstəxananın Beyin Cərahiyyəsi şöbəsinin müdiri Trimurti Nadkarni xəstənin həyati təhlükəsinin olmadığını, tezliklə yaxşılaşacağını bildirib.

Həkimlər Palın şiş səbəbi ilə görmə qabiliyyətini itirdiyini, ancaq əməliyyatdan sonra yaxşılaşma ehtimalının yüksək olduğunu da qeyd ediblər.

Aysel Yaqubqızı / Metbuat.az

Məşhur model əri tərəfindən bıçaqlanaraq öldürülüb - VİDEO / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR