Tramp Yaxın Şərq planını açıqlayacaq

Tramp Yaxın Şərq planını açıqlayacaq
14:33 23 Fevral 2018
68 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq probleminin nizama salınması üzrə planı demək olar ki, başa çatdırılıb.

Publika.az “Vaşinqton Post” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Hikki Heyli Çikaqo Universitetinin Siyasət İnstitutunda çıxışında bildirib.

O əlavə edib ki, israillilər və fələstinlilər “planı sevməyəcəklər, həm də ona nifrət etməyəcəklər”.

“Administrasiya planı bitirir. Onu tezliklə təqdim edəcəklər. Planı münaqişə tərəflərindən heç biri sevməyəcək, həm də ona nifrət etməyəcək”, - diplomat deyib.

Heylinin sözlərinə görə, Trampın məsləhətçisi Cared Kuşner və beynəlxalq danışıqlar üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyson Qrinblatt hələ bir neçə variant arasında tərəddüd edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/232231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR