UEFA-dan “Qalatasaray”a BƏD XƏBƏR - YOXLAMALAR BAŞA ÇATDI

UEFA-dan “Qalatasaray”a BƏD XƏBƏR - YOXLAMALAR BAŞA ÇATDI
14:48 23 Fevral 2018
72 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın “Qalatasaray”ı daha bir il Avropadan uzaqlaşdırmaq qərarını verməyə hazırlaşdığı bildirilir.

Publika.az xəbər verir ki, UEFA-nın klubla bağlı yoxlamaları başa çatıb. Nəticədə “Qalatasaray”ın bir neçə ilə qabaq söz verdiyi öhdəlikləri yerinə yetirmədiyi üzə çıxıb.

Buna görə də UEFA-nın Maliyyə Nəzarəti Qurumunun 2016-cı ildə “sarı-qırmızılı”lara verdiyi, lakin sonradan geri götürdüyü cəza maddəsini yenidən tətbiq edəcəyi gələn xəbərlər arasındadır.

Klubun prezidenti Mustafa Çingiz bu incələmələrdən sonra dərhal hərəkətə keçib. O, gələn ay Nyon şəhərində UEFA-ya klubun müdafiəsi ilə bağlı lazımi sənədlərin təqdim edilməsi üçün işə başlayıb. Məqsəd "Cimbom"a verilə biləcək hər hansı cəzanın qarşısını almaqdır.

Qeyd edək ki, “Qalatasaray” 2011-2017-c illər arasında 298 milyon avro zərər edib. Hazırda klubun yaxın aylar ərzində mütləq ödəməli olduğu 20 milyon avro kredit borcu mövcuddur. Əgər yaxın aylarda bu öhdəliklər yerinə yetirilməsə, yaxud "Qalatasaray" UEFA ilə "dil" tapa bilməsə, komandanın qarşıdakı bir il ərzində Avropa kuboklarından uzaq qalacağı dəqiqdir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/232234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR