Robert Sekuta: “ABŞ üçün seçkilərin şəffaf olması vacibdir”

Robert Sekuta: “ABŞ üçün seçkilərin şəffaf olması vacibdir”
15:12 23 Fevral 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər".
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkisini şərh edərkən jurnalistlərə bildirib.
“ABŞ üçün seçicilərin seçkilərdə iştirak edə bilməsi, sərbəst səs verə bilməsi, seçkilərin şəffaf olması vacibdir”, - R.Sekuta deyib.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan diplomat vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində həll prosesində fəal rol oynayır və nizamlanma yolunda irəliyə doğru addımlar atılmasına çalışır: "Biz bütün səviyyələrdə tərəflərin münaqişəni sülh yolu ilə həll etməsinə çalışırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/robert-sekuta-abs-ucun-seckilerin-seffaf-olmasi-vacibdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR