Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim sadiq olub"

Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim sadiq olub"
15:28 23 Fevral 2018
45 Digər
Ölkə mətbuatı
A- A+

"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır: "ABŞ nizamlanma prosesinə daim sadiq olub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də insanlar həyatını itirir. Bu münaqişənin tez bir zamanda həlli vacibdir". (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/232249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR