"Goldman Sachs": Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

"Goldman Sachs": Gələn il FED uçot dərəcəsini daha çox artıracaq
15:32 23 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Bu il FED-in uçot dərəcəsini 5 iclasda artırması az ehtimal olunsa da, 2019-cu ildə daha çox artımla üzləşəcəksiz". "Report" xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlui "Goldman Sachs" investisiya bankının baş iqtisadçısı Yan Hatsius (Jan Hatzius) verib.
Hatsius bildirib ki, işsizliyin 3,25-3,5%-ə geriləməsi və inflyasiyanın 2% hədəfinə çatması və onu ötməsi FED-ə uçot dərəcəsini hər rüb bir dəfədən çox artırmağa imkan verəcək.
"Düşünürəm ki, ABŞ iqtisadiyyatı qızma riski ilə qarşılaşıb. Monetar siyasət buna əngəl olmalıdır", - deyə baş iqtisadçı vurğulayıb.
Qeyd edək ki, FED-in monetar siyasət iclasları hər rübdə 2 dəfə keçirilir. Bu il FED-in 4 iclasda, yəni rübdə bir dəfə uçot dərəcəsini artırması ehtimal olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/goldman-sachs-gelen-il-fed-ucot-derecesini-daha-cox-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR