Türkiyə XİN başçısı: "Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir"

Türkiyə XİN başçısı: "Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir"
15:32 23 Fevral 2018
128 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ “Hollandiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarı məcburi deyil”.
“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiya parlamentinin 1915-ci il qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı qərarına münasibət bildirərkən deyib.
Nazir bildirib ki, bu qərar İslam düşmənçiliyinin göstəricisidir.
Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Aşağı Palatası 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan təklifi qəbul edib. Qərar ölkədə türk diasporunun maraqlarını təmsil edən "Denk" Partiyasından başqa, bütün siyasi qüvvələr tərəfindən qəbul olunub.
Niderland Krallığının Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı fevralın 23-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-xi-n-bascisi-hollandiya-parlamentinin-qerari-i-slam-dusmenciliyinin-gostericisidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR