Səfir: "Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır"

Səfir: "Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır"
16:12 23 Fevral 2018
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ tərəfindən maliyyələşdirilən məcburi köçkün övladları üçün təhsil proqramı Xocalı faciəsinin ildönümü ərəfəsində bir qədər də əhəmiyyət kəsb edir: "Bu gün bizim məqsədimiz təkcə keçmişdə olanları unutmamaqdan ibarət deyil, həm də gələcəyə baxmaq və öz gələcəyimizə investisiya qoymaqdır. Bu baxımdan hesab edirəm ki, uşaqların təhsilinə göstərilən kömək çox vacibdir".

Qeyd edək ki, ABŞ səfirliyi məcburi köçkün övladlarının təhsilini dəstəkləyən "Bilik qüvvədir" layihəsinə start verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/628073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR