Hüquq fakültəsində yeni ixtisaslaşmalar yaradıldı

Hüquq fakültəsində yeni ixtisaslaşmalar yaradıldı
16:18 23 Fevral 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universiteti hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmalar yaradılıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, bunlar əqli mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ, inzbati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

Qeyd edək ki, hüquq fakültəsinin magistratura səviyyəsində tədris Azərbaycan, rus, ingilis və alman dillərində aparılır. İndiyədək 11 ixtisaslaşma üzrə kadr hazırlığı aparılan fakültədə yeni tədris ilindən qəbul 17 ixtisaslaşma üzrə aparılacaq.

Yeni ixtisaslaşmalar barədə Nazirlər Kabineti 19 fevral 2018-ci il tarixli qərar qəbul edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/232254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR