Səfir: "ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır"

Səfir: "ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır"
16:22 23 Fevral 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır".

Milli.Az xəbər verir ki, bunu Trend-in sualına cavabında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla ABŞ arasındakı ikitərəfli əməkdaşlığın üç əsas istiqaməti - iqtisadiyyat, (o cümlədən enerji), təhlükəsizlik, qanun və demokratiyanın aliliyi məsələləri mövcuddur: "2017-ci ilin oktyabrında ABŞ-dan Azərbaycana ikitərəfli münasibətlər tarixində ən iri ticarət missiyası gəlib. ABŞ "Cənub Qaz Dəhlizi" layihəsini və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu fəal şəkildə dəstəkləyir".

R.Sekuta onu da əlavə edib ki, iki ölkə təhlükəsizlik sahəsində də əməkdaşlıq edir və Azərbaycan ABŞ-ın Əfqanıstan siyasətinə böyük dəstək verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/628086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR