Ət alarkən bunlara DİQQƏT - 70-ə yaxın xəstəlik var!

Ətin satışa çıxarılmazdan əvvəl Baytarlıq Xidməti tərəfindən yoxlanılması heyvanlarda olan xəstəliklərin insanlara keçməsinin qarşısının alır.

Lakin nəzarətdən yayınan bəzi ət kəsim məntəqələri bu gün sağlamlığımız üçün ciddi təhlükə yaradır.

Heyvanlar da insanlar kimi xəstəliklərə yoluxur. Nəzarət olunmaqdıqda, bu xəstəliklər istehlak olunan ət vasitsilə insana keçir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Metbuat.az-a açıqamasında bildirib ki, heyvanlardan insana 70-ə yaxın xəstəlik keçə bilər:

“Heyvanlarda daha çox qurd və daxili xəstəliklər müşahidə olunsa da, onlardan Qarayara, Quduzluq, Bruselloz, Vərəm və digər xəstəliklərə də yoluxmaq mümkündür. Baytarlıq-sanitariya ekspertizası labaratoriyalarında satışa çıxarılan ətlər hərtərəfli müayinə edilir və ondan sonra satışına icarə verilir. Xəstəlik aşkarlanan ətlər vaxtında zərərsizləşdirilir. Bu səbəblə, insanlarIN ət alarkən, mütləq baytarlıq müayinəsindən keçmiş ətləri almaları məsləhətdir. Həmin ətin sağlam olub-olmaması ilə bağlı arayış tələb etməlidirlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda "Whatsapp" vasitəsilə yayılan bu mesaja DİQQƏT - Virus ola bilər! – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR