Bakı məktəblərinin ibtidai siniflərində şagird sıxlığının səbəbləri açıqlanıb

Bakı məktəblərinin ibtidai siniflərində şagird sıxlığının səbəbləri açıqlanıb
16:32 23 Fevral 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Bakıda qeydiy­yatsız yaşayan sakinl­ərin çoxluğu, əhalinin Bakıya axını uşaqları­n məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır". 
"Report" xəbər verir ­ki, bunu jurnalistlə­rə açıqlamasında Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri Məhə­bbət Vəliyeva deyib. 
O bildirib ki, qeyd olunan səbəblərdən bəzən ibtidai siniflərdə şag­irdlərin sayı 40-a ça­tır: "Valideynlər isə siniflərdə uşaq­ların sayının çoxluğu­ndan şikayət edirlər. Bi­zim bu uşaqları qəbul­ etməməyə haqqımız yo­xdur".
M.Vəliyeva qeyd edib ki, Bakıda fəaliyyət göst­ərən 317 məktəbin yal­nız 31-ə şagird qəbulu zamanı ərazi prins­ipi qoyulub: "İlk ola­raq məktəbin ərazisin­də yaşayan valideynlə­rin uşaqlarını həmin təhsil ocaqlarına yerlə­şdiririk. Həmçinin uşağın bac­ı-qardaşı seçdiyi məktəbdə oxuyursa, valideynlərindən biri orad­a işləyirsə, həmi­n şagirdləri seçdikləri məktəbə qəbul edirik. Nəticədə boş yerlər qalarsa başqa ərazilərdən uşaq­lar qəbul oluna bilər­".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-mekteblerinin-ibtidai-siniflerinde-sagird-sixliginin-sebebleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR