Binəqədidə bir neçə küçə yenidən istifadəyə verilib

Binəqədi rayonunda Məsud Davudoğlu,Şota Rustavelli, Svetlana Məmmədova və İsmayıl Dağıstanlı küçələrində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks yenidənqruma işləri yekunlaşdırılıb.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, sözügedən küçələrin yenidən qurulması zamanı vacib olan məqam ondan ibarətdir ki, küçələrdə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, mövcud kommunikasiya xətləri ( su, kanalizasiya, qaz, rabitə, elektrik ) bərpa olunub və ya yeniləri çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Təbii ki, aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq. Həmçinin aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb.

Yenidən qurulan Məsud Davudoğlu küçəsinin uzunluğu 945 metrdir. Burda aparılan yenidənqurma işləri zamanı küçənin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Bu isə öz növbəsində küçə boyu hərəkətin daha rahat təşkil olunması deməkdir. Bundan başqa zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilib, mövcudları isə bərpa olunub. Yol boyu piyada səkilərinin kənarlarına 1500 p/metr uzunluğunda yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 96 ədəd yeni baxış qapaqları qoyulub. Küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib.

Anoloji işlər 590 metr uzunluğa malik Şota Rustaveli küçəsində də aparılıb. Burda küçənin eni 8.5 metr təşkil edir. Mövcud yağış-kanalizasiya sistemi bərpa olunduqdan sonra zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün 3 ədəd yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 25 ədəd yeni baxış qapaqları qoyulub.

Əsaslı şəkildə təmir olunan daha iki küçə İsmayıl Dağıstanlı küçəsinin 220 metrlik və Svetlana Məmmədova küçəsinin 190 metrlik hissələridir.

İsmayıl Dağıstanlı küçəsinin sözügedən hissəsinin eni 5 m-dən 7.5-m-ə qədər genişləndirilib. Svetlana Məmmədova küçəsinin təmir işləri aparılan hissəsinin eni isə 6 metr təşkil edir.

Küçələr boyu yeni səki daşları düzülüb, yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, yeni yağış barmaqlıqları və baxış qapaqları qoyulub, asfalt-beton örtük tam olaraq yenilənib.

Yenidən qurulan hər 4 küçəyə 2 qat olmaqla yeni-asfalt beton örtük döşənib. Küçələr boyu asfaltlanmış sahə 20 min kv.m-ə yaxındır.

Qeyd edək ki, bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, tikinti norma və standartlar əsasında yüksək keyfiyyətlə aparılıb.

Belə dəfn mərasimi görülməyib - Atası ateist olduğu üçün... / FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR