"Bəzən bir sinifə 40 şagird yerləşdiririk"- Təhsil İdarəsi

"Bəzən bir sinifə 40 şagird yerləşdiririk"- Təhsil İdarəsi
17:38 23 Fevral 2018
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Regionlardan Bakıya axın səbəbindən şagirdlərin məktəblərə yerləşdirilməsində ciddi problemlər yaranır.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında danışıb. O bildirib ki, Bakıda fəaliyyət göstərən 317 məktəbdən yalnız 31 məktəbdə ərazi prinsipi gözlənilib:

"Bütün valideynlər çalışır ki, uşaqlarını yaşadığı, işlədiyi ərazilərə yaxın olan məktəblərə yerləşdirsinlər. Bu isə hər zaman mümkün olmur. Məktəblərdə boş yerlər qalmadığı təqdirdə, şagirdlər digər ərzailərdəki məktəblərə yerləşdirilir".

Məhəbbət Vəliyeva deyib ki, bunların səbəbi əhalinin sürətlə regionlardan paytaxta axın etməsidir:

"Şagirdlərin məktəblərdə yerləşdirilməsində çətinlik yaşayırıq. Təsəvvür edin, biz bir sinifə 40 şagird yerləşdirilmək məcburiyyətində qalırıq. Bəzən bizə sual verirlər ki, 1 sinifdə bu qədər şagird çox deyilmi? Amma, başqa çıxış yolu yoxdur. Bizim bu şagirdləri məktəbə qəbul etməmək ixtiyarımız yoxdur".

Könül


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/232258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR