Aparıcı ekspertlə yumruq davasına çıxdı

Rusiyanın «Mesto vstreçi» proqramının efirində dava düşüb. Belə ki NTV kanalının aparıcısı Andrey Norkin ekspert kimi dəvət olunan ukraynalı vəkil Dmitriy Suvorovla yumruq davasına çıxıb.

Metbuat.az xəbər verir ki, Diskusiya Donbasda olan alman deputatı Andreas Maurerin hərbi əməliyyatlar zamaqnı yüzlərlə uşağın ölməsi barədə danışmasından sonra daha da qızışıb.

«Sözün düzünü etiraf etsək, uşaqlar güllələnirlər. Mən abidənin yanında idim, bu günə qədər 200 uşaq həlak olub», - deyə o, bildirib.

Bu vaxt Suvorov dözməyib və Maurer yaramazdır: «Fotoları göstər! Hansısa samovarı göstərirsən», - deyə ukraynalı qışqırmağa başlayıb.

Həmin vaxt yanında olan Norkin onun çiynindən tutub sakitləşdirmək istəyir. Bununlda da dava başlayır.

Ağrılarınızdan dərmansız bu üsulla xilas olun - DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR