Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır
03:39 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır və sınaqlar keçirilir.  Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində söyləyib.

 

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan tərəfindən bütün işlər demək olar ki, görülübdür. Ümid edirəm ki, bütün başqa sahələrdə tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin açılışını qeyd edəcəyik.

 

“Bu da tarixi layihədir. Uzun illər bu layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan həm öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq reallaşmağa başlamışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR