Prezident İlham Əliyev Estoniyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Estoniyanın dövlət başçısını təbrik edib
18:02 23 Fevral 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb. 
"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 
"Hörmətli xanım Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-estoniyanin-dovlet-bascisini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR