Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırılıb

Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırılıb
18:27 23 Fevral 2018
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 23-də "Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında" sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sərəncam  beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyır. 
Sərəncamla “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli sərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/besden-cox-usagi-olan-qadinlara-verilen-muavinetin-meblegi-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR