Bakıda 200-ə qədər şagird və müəllim gözünü müayinə etdirdi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti fevralın 19 və 23-də Bakıda orta məktəbdə humanitar aksiya keçirib.

Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Metbuat.az-a bildirib ki, aksiyada 200-ə qədər şagird və müəlim heyəti müayinə olunub.

Aksiyanın keçirilməsində məqsəd tələbə və müəllimlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Y.Abdiyeva bildirib ki, səyyar klinika 2012-ci ildən 2017-ci ilədək Azərbaycanın 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında tədqiqatları keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR