"İraqın daxili işlərinə müdaxilə sayılan istənilən bəyanat

İraq hökuməti İranın bu ölkə üzərində hegemonluğa sahib olmasıyla bağlı iddiaları təkzib edib.

Metbuat.az-ın məlumatına görə,Xarici İşlər Nazirliyinin rəsmisi Əhməd Məhcub bildirib ki, İraqın daxili işlərinə müdaxilə sayılan istənilən bəyanat qəbulolunmazdır. Qeyd edək ki, nazirlik rəsmisinin belə açıqlama verməsinə səbəb, İranın mədəni inqilab Ali Şurasının üzvü Həsən Rəhimin Tehranın Səddam Hüseyn rejiminin devrilməsində dolayısıyla rolu olduğunu və İranın 5 ölkə, o cümlədən İraq üzərində hegemonluğa sahib olmasıyla bağlı bəyanatlarıdır. Əhməd Məhcub isə qeyd edib ki, İran İraqı terrorizmlə mübarizədə dəstəkləyən ilk ölkədir. Lakin bu ölkənin daxili işlərinə aid istənilən bəyanat yolverilməzdir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR