Ağdamda ev yanıb külə döndü

Ağdamda ev yanıb külə döndü
22:24 23 Fevral 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda 4 otaqlı ev yanaraq külə dönüb.

 

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Sarcalı kəndində baş verib.  Əntiqə  Baxşəliyevaya məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Alovun qaz və ya elektrik enerjisində baş verən qısa qapanmadan əmələ gəldiyi ehtimal edir.

 

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər tiklilərə keçməsinin qarşısını alıb.

 

Faktla bağlı araşdırma başlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR